
Böyük Britaniya keçən il dərc etdiyi müdafiə və təhlükəsizlik planını nəzərdən keçirmək qərarına gəlib və prosesi 2022-ci ilin sonuna qədər başa çatdırmağa ümid edir.
Rezonans.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
"Böyük Britaniyanın diplomatik, hərbi və təhlükəsizlik arxitekturasının düşmən dövlətlər tərəfindən artan təhlükə ilə ayaqlaşa bilməsini təmin etmək üçün Baş nazir sənədin yenilənməsinə qərar verib" - hökumətin bəyanatında deyilir.
Baş nazirin xarici işlər və müdafiə üzrə xüsusi müşaviri Con Boy prosesə rəhbərlik edəcək.
“Yenilənmiş strategiya Rusiya və Çin kimi avtoritar güclərə qarşı durmaq üçün bizə lazım olan strateji imkanlar və ittifaqlar təmin edir”, – hökumətin açıqlamasında bildirilir.