Sentyabrın 21-də saat 23 radələrində Şabran rayonunun Şahnəzərli kəndi ərazisində Quba rayon sakini R.Allahverdiyevin idarə etdiyi “Shacman” və Lerik rayon sakini Q.Musayevin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən(DİN) bildirilib.
Nəticədə “Nissan” markalı avtomobildə olan sərnişin, Pirəmsən kənd sakini Rəşid Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.