Körösi Azərbaycana təşəkkür etdi

img

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə təşəkkür edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Tsaba Körösi öz “Twitter” hesabında paylaşım edib.

 

O, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

 

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti həmçinin qeyd edib ki, görüşdə regionda və ondan kənarda sülh, təhlükəsizlik, ərzaq və enerji məsələləri müzakirə edilib.

Xəbəri paylaş: