Bakıda qəssab dükaninda BIÇAQLANDI

img

Bakının Binəqədi rayonunda qəssab naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

 

Rezonans.az APA-ya istinadən bildirir ki, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Vasif Abbas oğlu işlətdiyi ət dükanında naməlum şəraitdə qarnın ön divarından bıçaq xəsarətləri alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb.

Faktı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xəbəri paylaş: