Bakıda 90 yaşlı ana oğlu və gəlini tərəfindən təhqir olunur

img

Azərbaycanda 90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.

 

Rezonans.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə video yayılıb. 

 

Videoda görünür ki, Buzovna qəsəbəsində yaşadığı iddia olunan qadın çox yaşlı olduğu üçün hərəkət qabiliyyətini itirib. Bu səbəbdən də ailə üzvləri onu təhqir edərək videoya çəkiblər.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Rezonans.az-a bildirilib ki, Bakıda 90 yaşlı qadına oğlu və gəlininin işgəncə verməsi iddiaları araşdırılır. 


İctimaiyyətə məlumat veriləcək.

Xəbəri paylaş: