352 hərbçi yüksək texonologiyalı protezlə təmin edilib

img

Son 2 ildə 350-dən çox hərbçimizin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatı həyata keçirilib.

 

Rezonans.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yerli mediaya müsahibəsində bildirib.

 

Onlardan 200-ü Vətən müharibəsində əzalarını itirmiş qəhrəmanlarımızdır.

 

Nazir bildirib ki, son 3 ildə ölkənin bütün regionlarını əhatə edən 11 reabilitasiya və sosial xidmət mərkəzinin tam təmir edilərək, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.

 

S.Babayev həmin mərkəzlərdə 3 minədək müharibə əlilinə müasir standartlara uyğun reabilitasiya xidmətləri göstərildiyini qeyd edib.

Xəbəri paylaş: