Nazir sahibkarlara ödənilən faiz subsidiyasının həcmini açıqladı

img

1 sentyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə kredit qalığı 850,3 mln. manat olan 5.023 müraciət üzrə 69,4 mln. manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib.

 

Rezonans.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

 

Nazir qeyde dib ki, 5.005 kredit üzrə sahibkarlara 65,9 mln. manat faiz subsidiyası ödənişi həyata keçirilib.

Xəbəri paylaş: