İrandakı aksiyalarda 26 nəfər ÖLDÜRÜLÜB

img

İranda davam edən etiraz aksiyalarında 26 nəfər həlak olub.

 

Rezonans.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. 

 

Sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən Məhsa Emininin sentyabrın 16-da vəfat etməsindən sonra başlayan nümayişlər bir çox əyalət, rayon və qəsəbələrə yayılıb. 

 

İran hakimiyyəti nümayişlər zamanı insan itkisi ilə bağlı dəqiq məlumat verməsə də, canlı yayımda çıxış edən dövlət televiziyasının diktoru “Təəssüf ki, bu hadisələr zamanı polislər də daxil olmaqla 26 nəfər həyatını itirdi”, - deyib. 

 

Dövlət televiziyasının diktoru bildirib ki, ölənlərin dəqiq sayı rəsmi orqanlar tərəfindən açıqlanacaq.

 

Sosial mediada yayımlanan görüntülərdə başda Tehran və İsfahan kimi böyük şəhərlərdə başda olmaqla ölkənin müxtəlif bölgələrində hadisələrin şiddətləndiyi, təhlükəsizlik qüvvələrinin etirazların öhdəsindən gəlmək üçün daha sərt şəkildə müdaxilə etdiyi görünür.

Xəbəri paylaş: