Kamran Əliyev 3 prokuroru TƏQAÜDƏ GÖNDƏRDİ

img

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış bir neçə prokuror təqaüdə göndərilib.

 

Bu barədə Rezonans.az-a Baş Prokurorluqdan bildirilib.

 

Qeyd olunub ki, dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğluProkurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunu qulluq keçmələrinə xitam verilib.

 

Bununla əlaqədar Baş prokuror Kamran Əliyev 23 sentyabr 2022-ci ildə Baş Prokurorluğun inzibati binasında qəbul edib, Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib və onlara hədiyyələr verib.

Xəbəri paylaş: