Azərbaycanda Milli Şəhərsalma Forumu keçiriləcək

img

Azərbaycanın ilk Milli Şəhərsalma Forumu oktyabrın 5-i və 6-da Bakı və Ağdam şəhərlərində keçiriləcək.

 

Rezonans.az BMT-nin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək Forumda şəhərsalmaya dair ölkənin qarşısında duran vəzifələr müzakirə olunacaq.

 

Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır.

Xəbəri paylaş: