Daşıyıcılar hər həftə 650 min itirib - BNA-dan sıxlıq açıqlaması

img

Son günlər ictimai nəqliyyatın səmərəli fəaliyyəti geniş müzakirə olunmaqdadır ki, bu da təbiidir. Çünki söhbət gündəlik 1.5 milyonadək sərnişin daşınmasından gedir.

 

Rezonans.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən son günlər müşahidə eidlən sıxlıqla bağlı məlumatlara dair açıqlamada bildirilib.

 

Qeyd olunub ki, bəzi hallarda mövzu ilə bağlı obyektivlikdən uzaq fikirlər səslənir ki, bu da cəmiyyətdə çaşqınlıq yaradır və bu sahədə həyata keçirilən tədbirlərin səmərəsini azaldır:

 

"Bu səbəbdən də bəzi məqamlara aydınlıq gətirilməsini zəruri hesab edirik. Hazırda Bakı şəhərinin nəqliyyat sisteminin idarəedilməsinin əsasında müasir çağırış olan şəhər mobilliyi prinsipləri dayanır. Bu prinsiplər ilk növbədə ictimai nəqliyyatın prioritetliyini, onun səmərəli fəaliyyətinin təmin edilməsini nəzərdə tutur. BNA tərəfindən həyata keçirilən bütün tədbirlər bu istiqamətlərin reallaşdırılmasına yönəlib. İctimai nəqliyyata tələbatın qarşılanması üçün zəruri tədbirlərin həyata keçirilməsi BNA-nın gündəlik fəaliyyətinin prioritetidir. Son vaxtlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən qaynaqlanan tıxac problemidir. Aparılmış təhlillər əsasında illər öncə bu problemin daha kəskin hal alacağı BNA tərəfindən proqnozlaşdırılmış, bunun qarşısının alınmasının alternativsiz həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqinin zəruriliyi ilə təşəbbüslər göstərilmiş və müəyyən hissəsinin reallaşdırılmasına nail olunub. Konkret olaraq xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Yəni mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl olunmasının yaratdığı mənzərədir".

 

Bildirilib ki, indiki vəziyyətdə avtobus sayının artırılması məsələnin həlli yolu deyil:

mühitə mənfi təsirin azaldılması ilə müşayiət ediləcəkdir. Avtobusla sərnindaşımanın səmərəliliyi üzrə qeyd olunan bu məsələlərin həlli qanunsuz sərnişindaşıma fəaliyyətinin də aradan qalxmasına gətirib çıxaracaq. Qanunsuz sərnişindaşımalar daşıyışıların gəlirlərini azaltmaqla yanaşı, illər üzrə yaradılmış sistemə də ciddi mənfi təsir göstərir. Bu yolu bizimlə birgə addımlayan hər kəsə təşəkkürümüzü bildirir, həyata keçirilən dövlət islahatlarına dəstəkləməyə və sıx əməkdaşlığa dəvət edirik", - məlumatda bildirilib.

Xəbəri paylaş: