Külək ağacı aşırdı - 3 yaşlı uşaq və yeniyetmə öldü

img

Tovuzda 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üzərinə ağac aşaraq ölüb.

 

Rezonans.az xəbər verir ki, hadisə Tovuz rayonun Əlibəyli kəndində qeydə alınıb.

 

Belə ki, küləkli hava şəraiti səbəbindən iri gövdəli ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb. Nəticədə hər iki şəxs aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: