Döyüşə çağırılan rus gənc intihara cəhd etdi

img

Rusiyanın paytaxtı Moskvada hərbi xidmətə çağırış vərəqəsi alan 25 yaşlı şəxs intihara cəhd edib.

 

Rezonans.az xəbər verir ki, Nikita adlı gənc əvvəl hiddətlənib və spirtli içki qəbul etməyə başlayıb. O, bir müddət sonra sərxoş vəziyyətdə damarlarını kəsərək eyvandan özünü atmağa çalışıb. Lakin son dəqiqədə anası onun həyatını xilas edib və təcili tibbi yardım xidmətinə zəng vurub.

 

Nikita xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

Xəbəri paylaş: