Tesla 1 milyondan çox avtomobilini geri çağıracaq

img

Elektrikli avtomobil istehsalçısı Tesla ABŞ-da təhlükəsizlik pozuntularına görə 1 milyondan çox avtomobili geri çağıracağını açıqlayıb.

Rezonans.az xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Tesla-nın pəncərələrin çox tez bağlanması və insanların barmaqlarını çimdikləmə ehtimalı səbəbindən ABŞ-da 1,1 milyon avtomobili geri çağıracağı bildirilir.

BBC-nin xəbərinə görə, ABŞ-da səlahiyyətlilər tərəfindən hazırlanan hesabat, avtomobillərdə maneə aşkar edildikdə, şüşələrin düzgün reaksiya vermədiyini göstərib. Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi bunun təhlükəsizlik pozuntusu olduğunu bildirib. Buna görə də, pəncərələrin çox tez bağlanması və insanların barmaqlarını çimdikləmə ehtimalı səbəbindən 1,1 milyon avtomobilin geri çağırılması qərara alınıb.

Tesla tərəfindən edilən açıqlamada problemin proqram yeniləməsi ilə aradan qaldırılacağı bildirilib.Şirkət avtomatik pəncərələrlə bağlı problemi avqust ayında istehsal sınaqları zamanı aşkar edib. Qeyd olunub ki, bu problemlə bağlı heç bir zəmanət iddiası, qəza, xəsarət və ölüm halları barədə məlumat verilməyib.

Problemli nəqliyyat vasitələrinin sahiblərinə noyabrın 15-dən məktubla məlumat veriləcək.Şirkətin sənədləri göstərir ki, sentyabrın 13-dən sonra istehsal olunan avtomobillər problemi həll etmək üçün lazım olan yenilənmiş proqram təminatına malikdir.

Xəbəri paylaş: