Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb

img

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə başlayıb.


Rezonans.az-
ın əməkdaşının verdiyi xəbərə görə, ilk olaraq sədarət, katiblik, say və mandat komissiyalarının yaradılması nəzərdə tutulur.


Bundan sonra qurultayın iş planının təsdiq edilməsi planlaşdırılır.


Qurultayın qrafikinə görə, daha sonra Azərbaycan Mətbuat Şurasının sədrinin hesabatı dinləniləcək.


Ardınca, MŞ-nın Nəzarət-Təftiş Komissiyasının sədri hesabat verəcək. Daha sonra qurultay nümayəndələri bir sıra məsələlər üzrə müzakirələr aparacaq.

 

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir. 46 namizəddən 23-nün yeni idarə heyətinə üzv seçilməsi nəzərdə tutulur.

Xəbəri paylaş: