“Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb” - Ukrayna

img

“Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb”.

 

Rezonans.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığından bildirilib.

 

Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir:

 

“İtki yoxdur, kritik durum yaranmayıb”.

 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 min 500 nəfər isə yaralanıb.

 

Xatırladaq ki, xloropikrin zəhərli maddə olduğuna görə, onu yalnız müvafiq icazə ilə tətbiq etmək olar.

Xəbəri paylaş: