Milli Məclisin deputatları Xorvatiyaya səfər edəcəklər

img

Milli Məclisin deputatları, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcəklər.


Rezonans.az xəbər verir ki, səfər çərçivəsində deputatlarımızın parlamentin sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu və komitə sədrləri ilə görüşləri nəzərdə tutulub. 


Görüşlərdə qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılacaq. 


Səfər sentyabrın 28-də başa çatacaq.

Xəbəri paylaş: