Daha 4 rayonda “Açıq mikrofon” qurulacaq

img

Növbəti həftə (26-27.09.2022 və 29-30.09.2022 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsal Birliyinin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

 

Rezonans.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya həftənin 1-ci günü Xaçmaz rayonunda (Heydər Əliyev küçəsi, Zəfər Parkı), 2-ci günü Şabran rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü Quba rayonunda (Heydər Əliyev prospekti, Gənclər Parkı), 5-ci günü isə Qusar rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq.

 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Xəbəri paylaş: