İzyumda daha iki kütləvi məzarlıq aşkar edilib

img

Ukraynanın İzyum bölgəsində daha iki kütləvi məzarlıq aşkar edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, məzarlıqda yüzlərlə insan cəsədi var: "Söhbət kiçik İzyum şəhərindən gedir, başa düşürsünüz?".

 

Bundan əvvəl Ukrayna tərəfindən işğaldan azad edilən İzyumda kütləvi məzarlıq aşkar olunub. Polis məzarlıqda 427 ukraynalının cəsədini tapıb.

Xəbəri paylaş: