Duman, çiskin, yağış - Günün havası

img

Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Bu barədə Rezonans.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var.


Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.

Xəbəri paylaş: