Rusiyada hərbi komissar güllələndi

img

Rusiyada hərbi komissarlığın rəisi Aleksandr Yeliseyev güllələnib. 


Rezonans.az xəbər verir  ki,  bu  barədə  Rusiya mətbuatı məlumat yayıb. 


Məlumata görə, hadisə Ust-İlimsk şəhərində baş verib. Naməlum şəxs komissarlığa gələrək, “heç kim döyüşməyəcək” deyib və atəş açıb. Hadisə nəticəsində rəis  Aleksandr Yeliseyev  bir neçə güllə yarası alıb.  Cinayəti törədən şəxs  25 yaşlı yerli sakin Zinin Ruslan olub.

Qeyd edək ki, sentyabrın 21-i Rusiyada qismən səfərbərlik elan olunub. 

Xəbəri paylaş: