Milli Məclisin deputatları Rumıniyaya səfər edəcəklər

img

Milli Məclisin deputatları, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.


Rezonans.az xəbər verir ki, səfər çərçivəsində deputatlarımız Xorvatiya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.


Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.


Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və burada diaspor ilə görüşü də nəzərdə tutulub.


Səfər sentyabrın 29-da başa çatacaq.

Xəbəri paylaş: