Ölən gənc fotoqraf Milli Məclisin əməkdaşı imiş

Ölən gənc fotoqraf Milli Məclisin əməkdaşı imiş

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi, fotoqraf Talıbov Şamil Asim oğlu sentyabrın 25-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Rezonans.az xəbər verir ki, 36 yaşlı fotoqrafın ölüm səbəbi açıqlanmayıb. 

 

Milli Məclisin rəhbərliyi Şamil Talıbovun vəfatından kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Xəbəri paylaş: