Avtobuslarda gediş haqqının artırılması üçün MÜRACİƏT EDİLDİ

img

Son günlərdə ictimai nəqliyyatda vəziyyətin çətinləşməsi, dünyada və ölkədə davam edən bahalaşma dalğasının özəl daşıyıcı şirkətləri çətin durumda salması barədə məlumatlar yayılır.

 

Rezonans.az xəbər verir ki, Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar.

 

Şirkətlər İqtisadiyyat Nazirliyindən mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.

 

Kollektiv müraciətdə qeyd edilib ki, cari ilin yanvar və aprel aylarında da Bakı şəhərində sərnişindaşıma xidməti göstərən şirkətlər Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edib. Lakin həmin müraciətlər cavabsız qalıb: “İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günədək nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırmağı vacib hesab edirik ki, Bakı şəhərində ictimai nəqliyyatın 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir.

böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını da xahiş ediblər, həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsini, kartla ödənişə keçidin başa çatdırılmasının vacib olduğunu vurğulayıblar.

 

Şirkət rəhbərləri İqtisadiyyat Nazirliyində qəbul olunmalarını xahiş ediblər və yaranmış çoxsaylı problemlərin həlli üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu bildiriblər.

Xəbəri paylaş: