Rusiyada məktəbdə ATIŞMA - 9 ölü, 10 yaralı var – YENİLƏNİB

img

İjevskdə orta məktəbdə baş vermiş atışmada 5-i uşaq olmaqla 9 nəfər ölüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

 

Faktla bağlı cinayət işi açılıb, İstintaq Komitəsinin Mərkəzi Aparatı tərəfindən araşdırma aparılır.

 

***

 

12:00

 

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı orta məktəbdə atışma olub.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

 

İlkin məlumata görə, silahlı insident zamanı 7 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Ölənlərdən 3 nəfəri məktəbli, biri isə cinayətkarın özüdür.

 

Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb. Silahlı şəxs daha sonra özünü güllələyərək öldürüb.

Xəbəri paylaş: