Putin amerikalı kəşfiyyatçıya vətəndaşlıq verdi

img

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.

 

Rezonans.az xəbər verir ki, qərar Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

 

39 yaşlı Snouden 2013-cü ildə işlədiyi kəşfiyyat qurumu tərəfindən həyata keçirilən yerli və beynəlxalq müşahidə əməliyyatlarına aid gizli sənədləri mediaya sızdırıb. Bundan sonra Rusiya ona sığınacaq verib.

 

ABŞ səlahiyyətliləri illərdir ki, onun casusluq ittihamı ilə cinayət mühakiməsi üçün ölkəyə qaytarılmasını tələb edir.

Xəbəri paylaş: