ÜST-ün baş direktoru təhdid olunur

img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhdid olunduğunu açıqlayıb.

 

Rezonans.az xəbər verir ki, ÜST-ün baş direktorunun sözlərinə görə, həyatı üçün təhlükə yaradan mesajlar alır.

 

"Təhdidlər birbaşa SMS vasitəsilə mənə göndərilir. Nömrəmi haradan aldıqlarını bilmirəm", - deyə Qebreyesus bildirib.

 

Onun sözlərinə görə, evində siqnalizasiya sistemi quraşdırılıb və əməkdaşlar onu müşayiət etmək üçün mühafizəçilərin işə götürülməsini təklif ediblər. ÜST rəhbəri konkret kim tərəfindən təhdid edildiyini açıqlamayıb.

Xəbəri paylaş: