Bakıda maşından 17 min pul OĞURLANDI

img

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlanması barədə müraciət daxil olub.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Xəbəri paylaş: