Azərbaycan diasporu hadisələrə çevik reaksiya verir - Komitə sədri

img

"Azərbaycan diasporu hadisələrə çox çevik reaksiya verir. Azərbaycan diasporu heç bir ölkədə qeyri-qanuni fəaliyyətlə məşğul deyil".

 

Rezonans.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

 

Jurnalistlərə açıqlama verən komitə sədri Azərbaycanın xarici ölkələrdə yerləşən səfirliklərinə hücuma münasibət bildirib. 

 

"Erməni diasporu bəzi ölkələrdə qanunsuz addımlara yol verir. Mənə elə gəlir ki, həmin dövlətlər buna ciddi reaksiya verməlidir", - deyə komitə sədri vurğulayıb.

Xəbəri paylaş: