Kamran Əliyev Tbilisidə baş prokurorlarla görüşüb

img

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin növbəti iclası, 27-ci illik konfransı və ümumi yığıncağında iştirak etmək məqsədilə Tbilisidə işgüzar səfərdədir.
 

Bu barədə Rezonans.az-a Baş Prokurorluqdan bildirilib.

 
Plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz tərəfindən regional və qlobal səviyyədə COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə irəli sürülmüş zəruri təşəbbüslər və atılmış əməli addımlar haqqında danışıb, əldə olunmuş uğurlu nəticələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir çərçivəsində həmçinin Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov "Cinayət ədliyyəsinin rəqəmsallaşdırılması" mövzusunda çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.


Konfrans çərçivəsində Baş prokuror Kamran Əliyev bir sıra ikitərəfli görüşlər keçirib.

Türkiyənin Baş prokuroru Bekir Şahinlə keçirilmiş geniş tərkibli görüşdə ilk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən əlaqələrin hər iki qardaş ölkənin dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb. Bekir Şahin öz növbəsində 2023-cü ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

qarşı mübarizədə əldə olunmuş müsbət nailiyyətlərin gələcəkdə öyrənilməsi və təcrübədə tətbiq edilməsində maraqlı olduğunu bildirib. Lüsyen Vonq ölkəmizin iqtisadi cəhətdən sürətlə inkişaf etməsindən məmnun olduğunu bildirib. Görüşdə iki qurum arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə dair razılıq əldə edilib.
 
Həmçinin, səfər çərçivəsində Baş prokuror Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) prezidenti Ladislav Hamranla görüşüb. Kamran Əliyev milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib. Görüşdə maraq kəsb edən bir sıra digər məsələlər üzrə, o cümlədən cinayət işləri üzə hüquqi yardım sahəsində əməkdaşlığın əhəmiyyəti müzakirə edilib.
 
Baş Prokurorluğun nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri davam edir.

Xəbəri paylaş: