Avropa İttifaqından 27 sentyabr paylaşımı

img

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi 2020-ci il Qarabağ müharibəsində həlak olanların xatirəsinin anım günündə Azərbaycana başsağlığı verib. 

 

Rezonans.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi sosial şəbəkə hesabında paylaşım edib.

 

"Münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Avropa İttifaqı Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək istəyir. Azərbaycan xalqına sülh arzulayırıq!" - paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.

Xəbəri paylaş: