Bu dəmiryolu marşrutu üzrə reyslərin sayı artırılır

img

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılacaq.

 

Rezonans.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.

 

Qeyd olunub ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

 

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

 

Qeyd edək ki, dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib.

Xəbəri paylaş: