Şəhid adının əbədiləşdirilməsi parlamentdə müzakirə olunacaq

img

Milli Məclis şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişiklikləri müzakirə edəcək.

 

Rezonans.az xəbər verir ki, bununla bağlı parlamentin 2022-ci il payız sessiyasının ilk plenar iclasının gündəliyinə məsələ daxil edilib.

 

Gündəliyə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər  haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi deputatlar tərəfindən müzakirə olunacaq. 

Xəbəri paylaş: