Səfərbərliyə etiraz edən qadın 6 yaşlı qızını ÖLDÜRDÜ

img

Rusiyanın Perm vilayətində dəhşətli hadisə baş verib.

 

Rezonans.az Rusiya mediasına istinadən xəbər verir ki, ərinin səfərbərliyə çağırılmasına etiraz edən qadın 6 yaşlı qızını bıçaqlayaraq öldürüb. O, daha sonra intihara cəhd edib.

 

Perm vilayəti üzrə regional İstintaq Komitəsindən bildirilib ki, qadın əri ilə mübahisə edib, 10 il əvvəl kəşfiyyatda xidmət etmiş həyat yoldaşının müharibəyə getməsinə qarşı çıxıb. Lakin istəyinə nail ola bilməyən qadın əsəbdən azyaşlı övladını qətlə yetirib.

 

O, ardınca özünə xəsarət yetirsə də, həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş: