Ter-Petrosyan erməni müxalifətinə güclü zərbə vurdu

img

Ermənistan cəmiyyəti eks-prezident Ter-Petrosyanın İctimai Televiziyanın efirində səsləndirdiyi fikirləri müzakirə etməkdədir.

Ter-Petrosyanın "Bizi çətin, ağrılı və heç birimizin ürəyinə yatmayacaq qərarlar gözləyir. Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdırb. Başqa yol yoxdur. Əgər heç bir sənəd imzalanmazsa, barışığa gəlinməzsə, Ermənistan yenidən dövlət quruculuğuna başlamalı olacaq” deməsi və üstəlik də hamını baş nazir Paşinyanla birlik nümayiş etdirməyə çağırması müxalifəti hiddətləndirib.

Eks-prezidentin açıqlamasından sonra müxalifətə inam bir az da sarsılıb.

 
Rezonans.az xəbər verir ki, Ermənistanın müxalifyönlü "Hraparak" qəzeti yazır ki, Ter-Petrosyan bir zərbə ilə bütün tərəddüdlü insanları iqtidaryönlüyə çevirdi və müxalifətə güclü zərbə endirdi.

“Aydındır ki, Ter-Petrosyanın çıxışı hadisələri müstəqil təhlil etmək qabiliyyətinə malik olmayan, eks-prezidentin zəkasının danılmaz olduğunu düşünən hər kəsə böyük təsir göstərəcək”, - deyə qəzetin analitikləri bildiriblər.

Xəbəri paylaş: