Tanışların davası qanla BİTDİ

img

Sentyabrın 27-i saat 4 radələrində Suraxanı rayonu ərazisində 1984-cü il təvəllüdlü Əfqan Qədəşovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Suraxanı rayon prokurorluğundan Rezonans.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Səbuhi Zülalovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Əfqan Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Səbuhi Zülalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İstintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş: