Bu ölkə Rusiya ilə sərhəddə fövqəladə vəziyyət elan etdi

img

Latviyada ölkədən qaçan rusların axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Rezonans.az xəbər verir ki, bu barədə "Delfy" məlumat yayıb.

Nəşr bildirir ki, ölkə Rusiya ilə həmsərhəd üç rayonda fövqəladə vəziyyət elan edib.  

"Sentyabrın 28-dən dekabrın 26-dək ölkənin şərqindəki bir sıra bölgələrdə, o cümlədən hava limanlarında və qatar stansiyalarında sərhəd keçid məntəqələrində fövqəladə vəziyyət qüvvədə olacaq. Aluksne, Balv və Ludzen bölgələrində fövqəladə vəziyyət elan edilib. Hökumətin qərar layihəsində əvvəlcə Auqşdauqava rayonu da qeyd olunsa da, müzakirə prosesində üç rayonla məhdudlaşmaq qərarına gəliblər", -  deyə KİV qeyd edib. 

Bildirilir ki, Latviya-Rusiya sərhədində vəziyyət sabit, sakit və nəzarət altındadır. Lakin Rusiyanın elan etdiyi qismən səfərbərliklə ölkəsini tərk etmək istəyən rusların sayı xeyli artıb. Ona görə də qeyri-leqal miqrantların sayının da arta biləcəyi riski var.

İndiyədək 16 Rusiya vətəndaşı Latviyadan sığınacaq istəyib. Onların əksəriyyəti buna səbəb kimi Rusiya siyasətini dəstəkləmədiklərini və ya təqib faktını göstərib, daha ikisi Rusiyada elan edilən səfərbərliyə görə sığınacaq istəmək məcburiyyətində qalıb.

Xəbəri paylaş: