Gözəllik salonundan oğurluq edildi

img

H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan cüzdan və bir mağazadan 110 manat pul oğurlanıb.

 

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: