Peyvənddən imtina edən 407 Kanada əsgəri ordudan qovuldu

img

Kanada Ordusunun COVID-19 peyvəndindən imtina edən hərbi qulluqçuları ordu sıralarından azad edilib.

 

Rezonans.az xəbər verir ki, indiyədək 407 əsgər bu səbəbdən ordudan qovulub.

 

Castin Trudeau hökumətinin 2021-ci ilin oktyabrında bütün dövlət işçilərindən iki doza COVID-19 peyvəndi tələb etmək qərarı hərbi personala da aid edilib.

 

İyun ayında bu qərar dövlət qurumlarının əksəriyyəti üçün ləğv edilsə də, hərbçilər üçün qüvvədə qalıb.

Xəbəri paylaş: