
29 sentyabr saat 10:00-dan 30 sentyabr saat 10:00-a qədər 6109 nəfər Rusiya vətəndaşı Gürcüstana daxil olub, 5186 nəfər isə tərk edib.
Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Qeyd olunub ki, Daryal sərhəd-keçid məntəqəsindən sərnişinlərin axını nəzərəçarpacaq dərəcədə azalıb və o cümlədən Gürcüstanın digər keçid məntəqələrində də Rusiya vətəndaşlarının gediş-gəliş sayı azalıb.
Bununla belə, 28 sentyabrdan 29 sentyabra kimi Gürcüstan ərazisinə 9642 nəfər Rusiya vətəndaşı keçib, 5448 nəfər isə ölkə ərazisini tərk edib.