AMEA-nın strukturu təsdiqlənib

img

Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu təsdiq edilib.

 

Nazirlər Kabinetindən (NK) Rezonans.az-a verilən məlumata görə, Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında  elm və təhsil sahəsində  idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qərara əsasən  Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcəkdir. Azərbaycan Milli Elmlər Akademiyasının  işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə Akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.

Xəbəri paylaş: