Azərbaycanla sərhədyanı bölgədə Ermənistan ordusunun əsgəri Qraçi Karamyanın meyiti aşkar edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat yayıb.
O bildirib ki, 19 yaşlı müddətli hərbi qulluqçu Karamyanın ölüm səbəbi hələ məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.










