Axtarışda olan 42 nəfər saxlanılıb - DİN

img

Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 42, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.


Narkotiklərlə əlaqəli 38 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Xəbəri paylaş: