Minaya düşənlərin vəziyyəti ağırdır - TƏBİB

img

Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Bu barədə Rezonans.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Qeyd edilib ki, hər iki şəxs  xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub:

 

"Hazırda hər iki pasiyent əməliyyatdadır. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir".

Xəbəri paylaş: