Senator Türkiyəyə “F-16” satmamağa, Azərbaycana hərbi dəstək vermənəyə çağırıb

img

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes Türkiyəyə F-16 təyyarələrinin satışının məhdudlaşdırılmasını təklif edib.


Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Robert Menendes müvafiq qətnaməyə əlavə edilməsi təklifi irəli sürüb.


Bu təklifə əsasən, ABŞ prezidenti Senatın Xarici Əlaqələr Komitəsinə və ABŞ Konqresinə dəlillər təqdim edilmədikcə, yeni təyyarə və ya F-16 təkmilləşdirmə texnologiyasını Türkiyə hökumətinə və ya hər hansı bir türk şirkətinə sata və ya ixracına lisenziya verə bilməz.
 

Digər təkliflə Menendes Azərbaycana hərbi dəstəyi dayandırmağa çağırıb.

Xəbəri paylaş: