Türkiyə İraqda terrorçulara pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində 3 terrorçu zərərsizləşdirilib. Terrorçular "Pəncə-Kilid" əməliyyat bölgəsində aşkarlanıb.
"Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək", - açıqlamada bildirilir.










