Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az-ın məlumatına görə, “AzSamand” markalı avtomobil yolu keçən 70 yaşlı Salman adlı şəxsi vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
(Report)










