Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı

img

27 sentyabr Anım günü ilə bağlı dünyanın müxtəlif ölkələrində böyük tədbirlər keçirilib.

 

Rezonans.az xəbər verir ki, bütün dünya azərbaycanlılarının ayaqda olduğu bu günlərdə ölkəmizdə və dünyanın bir çox dövlətlərində torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi yad edilib.

 

Diaspor Komitəsinin koordinatorluğu ilə dünyanın əksər ölkəsində keçirilən tədbirlərdə yüzlərlə azərbaycanlı ölkəmiz haqqında həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, bunun nəticəsində Azərbaycana dəyən maddi-mənəvi ziyan haqqında məlumatları dünyaya çatdırıb.

 

Anım günü ilə əlaqədar tədbirlər ötən gün Rusiya, İspaniya və Meksikada da davam etdirilib.

Xəbəri paylaş: