90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

img

Oktyabrın 3-də 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

 

Elm və Təhsil Nazirliyindən Rezonans.az-verilən məlumata görə, cari tədris ilində ölkə üzrə ümumilikdə 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub.

 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir.

Xəbəri paylaş: