2022-ci ilin əvvəlindən bəri Rusiyanın ən varlı iş adamlarının varidatı 93,616 milyard dollar azalıb.
Rezonans.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, ən çox “kasıblaşan” rusiyalı milyarderlərin siyahısına sentyabrın 1-dək 11,2 milyard dollar itirən “Renova” qrupunun yaradıcısı Viktor Vekselberq başçılıq edir.
“Severstal”ın direktorlar şurasının sədri Aleksey Mordaşov 9,78 milyard, təbii qaz istehsalçısı olan “Novatek”in səhmdarı Gennadi Timçenko 9,66 milyard, HLMK metallurgiya kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin isə 9,12 milyard dollar itirib.
Siyahıda ilk beşliyi 8,26 milyard dollar itirən Evraz dağ-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç tamamlayıb.










